DÜNYA ÖZ XƏBƏR

Böyük Britaniyada hava şarı məktəb binasına çırpılıb

Böyük Britaniyanın Bristol şəhərində keçirilən Beynəlxalq Hava Şarları Festivalının ilk günündə hava şarlarından biri məktəb binasına çırpılıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə Oasis Academy Connaught ibtidai məktəbinin damı üzərində baş verib.

“JLL” yazısı olan hava şarı eniş zamanı binanın damına toxunub. Görüntülərdə sərnişinlərin olduğu səbətin zərbədən sonra təhlükəli şəkildə əyildiyi, lakin pilotun isti havanı buraxaraq şarı sabitləşdirdiyi əks olunub.

Xoşbəxtlikdən, yay tətili səbəbindən məktəbdə uşaqlar olmayıb və xəsarət alan olmayıb. Hava şarı məktəbin həyətindəki sahəyə uğurla enib. Hadisə nəticəsində yalnız dam örtüyünün bir hissəsi zədələnib və bunun tezliklə təmir ediləcəyi bildirilib. Festival isə əvvəlcədən nəzərdə tutulmuş qaydada davam edir.

Ayxan 

Oxşar Xəbərlər