DÜNYA ÖZ XƏBƏR

Ağ Ev Rusiya-Ukrayna ərazilərinin mübadiləsi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərin Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi barədə sualını cavabsız qoyub.

32gun.az xəbər verir, bu mövzu ilə bağlı sual ona brifinq zamanı ünvanlanıb.

“Mən detallara varmadan ABŞ prezidentinin bu planları Rusiya prezidenti ilə müzakirə etməsinə imkan verəcəyəm”, – deyə Levit bildirib.

Xatırladaq ki, ABŞ və Rusiya liderləri 15 avqustda Alyaskada görüşmək barədə razılığa gəliblər. Görüşün əsas mövzusu Ukraynada münaqişənin həlli olacaq. Müzakirələrdə ərazi mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası məsələləri də gündəmə gələ bilər.

Ayaz 

Oxşar Xəbərlər