DÜNYA ÖZ XƏBƏR

Tramp Ukrayna məsələsində Putinə birbaşa razılaşma təklif edə bilər – Reuters

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanı Kiyev və Brüsseli kənarda qoyaraq əldə etməyə çalışa biləcəyi iddia olunur.

32gun.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ-dakı daxili danışıqlarla tanış mənbələrə istinadla xəbər verib.

Mənbənin sözlərinə görə, Trampın Ukrayna və Avropanı prosesə cəlb etmədən Putinə birbaşa razılaşma təklifi irəli sürməsi ehtimalı istisna edilmir. Agentliyin məlumatına əsasən, bu, Kiyev və Avropa İttifaqı ilə problemlərə səbəb ola bilər.

Reuters qeyd edir ki, Rusiya və ABŞ-ın Kiyev və Aİ üçün “əlverişsiz” razılaşma imzalaması ehtimalı mövcuddur. Bu halda Avropa birliyinin qorunub saxlanması “həyati əhəmiyyət” daşıyacaq.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin 15 avqustda Alyaskada görüşəcək. Kreml görüşün vaxtını və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaska seçimi məntiqlidir, çünki burada Rusiya və ABŞ-ın, o cümlədən Arktikadakı iqtisadi maraqları toqquşur.

Sammitin əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli olacaq. Moskva növbəti görüşü Rusiyada keçirməyi Trampa təklif edib.

Ayaz 

Oxşar Xəbərlər