DÜNYA ÖZ XƏBƏR

“Admiral Naximov” avqust–sentyabr aylarında dəniz sınaqlarına çıxacaq

Ağır atom raket kreyseri “Admiral Naximov” təmir və modernləşdirmədən sonra avqust–sentyabr aylarında dəniz sınaqlarına çıxacaq.

32gun.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müdafiə-sənaye kompleksindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda kreyserin bütün sistemləri, aqreqatları və avadanlıqları yoxlanılır, həmçinin “təslim komandasının” hazırlanması gedir. Sınaqlara çıxış gəmiyə tam hazır olduqda həyata keçiriləcək.

Fevral ayında Military Watch Magazine yazmışdı ki, “Admiral Naximov” modernləşmədən sonra Rusiya Hərbi-Dəniz Donanmasının yeni bayraqdarına çevriləcək. Yenilənmiş gəmi “Zircon” hipersəs və “Kalibr” raketləri də daxil olmaqla ən güclü silahlarla təchiz ediləcək ki, bu da onu dünyanın ən güclü səth gəmilərindən birinə çevirəcək. Məqalədə vurğulanırdı ki, nüvə reaktorlarının yenidən işə salınması gəmnin dəniz sınaqlarına hazır olduğunun göstəricisidir.

Xatırladaq ki, ağır atom raket kreyserinin modernləşdirilməsinə 1999-cu ildə başlanılıb. Əvvəlcə onun 2018-ci ildə donanmanın döyüş tərkibinə qayıdacağı planlaşdırılsa da, bu müddət dəfələrlə uzadılıb.

Ayaz 

Oxşar Xəbərlər