ÖZ XƏBƏR
“Dədə Qorqud” filmindən Tural obrazının ifaçısı Fərhad Yusifovun gənclik fotosu gündəmə gəlib
“Dədə Qorqud” filmində Tural obrazını canlandıran Fərhad Yusifovun gənclik fotosu diqqət çəkib.
32gun.az xəbər verir ki, foto sosial şəbəkələrdə paylaşılıb.
1956-cı ildə Moskvada doğulub, Bakıda böyüyən aktyor hazırda Kanadanın Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib. Tural rolundakı performansı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib, gəncliyində isə yaraşıqlılığı ilə diqqət çəkib və ona “Bakinski Alon-Delon” ləqəbi verilib.
Ayaz