DÜNYA ÖZ XƏBƏR

Rusiya və ABŞ Alyaska sammiti öncəsi “ortaq məxrəc” tapıb - Reuters

Rusiya və ABŞ-ın Alyaskada keçiriləcək sammitdən əvvəl müəyyən razılıq nöqtələri tapdığı bildirilir.

32gun.az bildirir ki, Reuters-in Kremlə yaxın mənbəyə istinadla məlumat verib.

 Məlumata görə, tədbir zamanı bəzi şərtlərin razılaşdırılması gözlənilir. Mənbə qeyd edib ki, Trampa imtina etmək mümkün deyil, Rusiya isə sanksiya təzyiqinə görə geri addım ata bilmir.

Avqustun 15-də Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada danışıqlar aparacaq. Görüşün əsas mövzusu Ukraynada sülh olacaq. Müzakirə edilən təkliflərə ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası da daxil ola bilər.

Ayaz 

Oxşar Xəbərlər