ÖZ XƏBƏR
Hacıqabulda yolların əsaslı təmiri ləğv edilib - yarım milyon xərcləmək istəyirlərmiş
Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi planlaşdırılsa da, satınalma prosesi ləğv edilib.
32gun.az xəbər verir ki, Ləğv edilmə qərarı nəzarət orqanının 14 avqust 2025-ci il tarixli AİBNDA/SQ-7435/2025 nömrəli Qərarına əsasən, satınalma komissiyasının qərarı ilə verilib. Layihənin ehtimal olunan dəyəri 506.102,00 AZN təşkil edirdi.
Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur.
Ayaz