Dənizkənarı Bulvar İdarəsi minik avtomobilləri üçün xidmət alacaq
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs minik nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələrinin satın alınması üçün açıq tender keçirib. Satınalma çərçivəsində çərçivə sazişi tətbiq olunacaq.
Tenderin qalibi “ŞƏRQMOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 110.924,58 AZN-lik müqavilə bağlanması gözlənilir. Qalib şirkətin qanuni təmsilçisi Müşviq Quliyev Səlim oğludur.
Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin vergi borcu əvvəllər də diqqət mərkəzində idi və hazırda borc 2.733.008,77 AZN-ə yüksəlib. Bu alımlar idarənin fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib.
İdarənin nizamnamə kapitalı 65 366 207 manat, rəhbəri isə Xanlar Ağalarov Adil oğludur.
Ayaz