ÖZ XƏBƏR

Fövqəladə Hallar Nazirliyi xüsusi itlər üçün avadanlıq və qidalar alacaq - 164 min manata

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi sənayə üsulu ilə hazırlanmış xüsusi tərkibli qidalar, aksessuarlar və qulluq preparatlarının satınalınmasını planlaşdırır.

32gun.az bildirir ki, alınacaq məhsullar arasında itlər üçün quru yem, balaca itlər üçün quru yem, masaj üçün əlcək, qaytan iplik (10 m-lik), xalta dəri tutacaqlı (22 sm), itlər üçün ağızlıq (dəmir, böyük) və digər zəruri aksessuarlar yer alır.

Layihənin ehtimal olunan dəyəri 163.981,83 AZN təşkil edir. 

Ayaz 

Oxşar Xəbərlər