Ulyanovsk vilayətində təlim uçuşu zamanı yüngülmühərrikli təyyarənin şassisinin təkəri qopub. Bu barədə Volqa Nəqliyyat Prokurorluğu məlumat yayıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 19 avqustda Senqileyev mahalında yerləşən Soldatskaya Taşla aerodromunda baş verib. Təlim uçuşu zamanı az güclü mühərrikli Diamond-40 (RA-02643) tipli təyyarənin ön şassi təkəri qopub.
Qeyd edək ki, elə həmin gün Qərbi Sibir Nəqliyyat Prokurorluğu S7 aviaşirkətinə məxsus təyyarə ilə bağlı insidentin araşdırıldığını açıqlayıb.
Novosibirsk–Norilsk marşrutu üzrə uçuş zamanı təyyarədə hidrosistem nasazlığı ilə bağlı siqnal işə düşüb. Təyyarədə 152 sərnişin, o cümlədən 14 uşaq olub. Liner Norilsk hava limanına normal rejimdə eniş edib.
Ayaz