DÜNYA ÖZ XƏBƏR

Ana yeni doğulmuş oğlunu satıb – 6 il həbs cəzası aldı

İrkutsk şəhərində 33 yaşlı qadın yeni doğulmuş oğlunu 23 min rubla satdığına görə məhkum edilib.

32gun.az xəbər verir ki, bu barədə İrkutsk vilayəti məhkəmələrinin birləşdirilmiş mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə 2017-ci ilin iyununda baş verib. Doğuşdan sonra qadın sosial şəbəkədə elan yerləşdirərək, övladını başqa şəxsə vermək istədiyini bildirib. Elana 17 yaşlı qız cavab verib.

Uşağın təhvil verilməsi dəmir yolu vağzalı yaxınlığında baş tutub. Yeniyetmə qız körpəni anasından alaraq ona 23 min rubl verib və sonradan uşağı rəsmi şəkildə övladlığa götürüb. Hazırda azyaşlı həmin ailədə böyüyür.

Sverdlovsk rayon məhkəməsi ananı insan alverində təqsirli bilib və onu 6 il müddətinə ümumi rejimli islah koloniyasında cəza çəkməyə məhkum edib.

Qeyd edək ki, bu ilin iyununda Moskvada da oxşar hadisəyə görə hökm oxunub. İzmayılov rayon məhkəməsi yeni doğulmuş körpəsini satmağa cəhd edən qadını insan alverində təqsirli bilərək, ona da 6 il həbs cəzası təyin edib.

Ayaz 

Oxşar Xəbərlər