ÖZ XƏBƏR

İş adamı borca görə təyyarəsini itirib

Xabarovskda borclu sahibkar təyyarəsindən məhrum oldu

Xabarovsk diyarında sahibkar borclarını ödəmədiyi üçün şəxsi təyyarəsini itirib.

32gun.az xəbər verir ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, iş adamı nə keçmiş həyat yoldaşına, nə də daha əvvəl təsisçisi olduğu şirkətə ödəniş edib. Onun ümumi borcu 51,3 milyon rubla çatıb. Buna görə də ona ölkədən çıxış qadağan edilib, hesabları dondurulub. Lakin sahibkar borcunu ödəmək əvəzinə An-2 tipli təyyarəsini bölgənin bir qəsəbəsində gizlətməyə çalışıb.

Axtarışa verilən təyyarə qısa müddətdə tapılıb. Hazırda hava gəmisinin satışa çıxarılması planlaşdırılır və əldə ediləcək məbləğ borcların ödənilməsinə yönəldiləcək. Əgər təyyarədən gələn vəsait kifayət etməsə, kreditorlar iş adamının digər əmlakını da müsadirə edəcəklər.

Xatırladaq ki, avqustun 14-də aktyor Artur Smolyaninovun (Rusiya tərəfindən “xarici agent” elan olunub və terrorçular siyahısına daxil edilib) əmlakı borclara görə həbs edilib. Ondan bir gün əvvəl isə Moskvada məhkəmə reper Basta (Vasili Vakulenko) və həyat yoldaşı Yelena Pinskayadan kommunal borcların ödənilməsini tələb etmişdi.

Ayaz 

Oxşar Xəbərlər