ÖZ XƏBƏR
Şamaxı Suvarma Sistemləri İdarəsi bu şirkətlə müqavilə imzalayıb
"Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsi" ilə "TİKİNTİ TƏCHİZAT 2020" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında yeni satınalma müqaviləsi bağlanıb.
32gun.az xəbər verir ki, şirkət, maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınmasını həyata keçirəcək. Bağlanmış müqavilənin ümumi məbləği 13.416,6 manat təşkil edir.
Satınalma dövlət vəsaiti hesabına gerçəkləşdirilir və texniki xidmətlərin təmin olunması məqsədi daşıyır.
Ayaz