ÖZ XƏBƏR
Kino Agentliyi rejissorun şirkəti ilə müqavilə bağladı
"Cinemedia" MMC Kino Agentliyindən 43 min manatlıq müqavilə aldı
Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsi ilə "Cinemedia" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 43.365 manat dəyərində müqavilə imzalanıb.
32gun.az xəbər verir ki, Müqavilə “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi” çərçivəsində post-prodakşn (post-production) mərhələsində olan filmlərlə bağlı xidmətləri əhatə edir.
"Cinemedia" MMC-nin nizamnamə kapitalı cəmi 50 manat təşkil edir. Qanuni təmsilçisi rejissor Ayşad Səfərəliyev Elşən oğludur.
Layihənin dəqiq məzmunu və hansı film(lər)ə aid olduğu barədə əlavə məlumat açıqlanmayıb.
Ayaz