ÖZ XƏBƏR
Salyandakı bu idarə 140 min manatlıq satınalma planlaşdırır
"Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi" nasos stansiyalarında istifadə olunacaq hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin satın alınmasını planlaşdırır.
32gun.az xəbər verir ki, satınalma üçün ehtimal olunan qiymət 139.993,30 manat təşkil edir. Təchizatın məqsədi idarənin balansında olan nasos stansiyalarının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etməkdir.
Ayaz