DÜNYA VİDEO ÖZ XƏBƏR

Malayziyada ABŞ istehsalı qırıcı qəzaya uğrayıb

ABŞ istehsalı olan F/A-18 Hornet tipli hərbi qırıcı Malayziyada qəzaya uğrayıb.

32gun.az xəbər verir ki, hadisə Kuantan şəhərindəki Sultan Hadji Əhməd Şah aeroportunda baş verib.

Məlumata görə, təyyarə qalxış zamanı alovlanıb və az müddət havada qaldıqdan sonra yerə çırpılıb. Qəzadan əvvəl hər iki pilot katapult etməyə nail olub, hazırda onların xəstəxanada olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Xatırladaq ki, avqustun 7-də Yaponiyanın Müdafiə Özünümüdafiə Qüvvələrinə məxsus F2 tipli qırıcı da məşq uçuşu zamanı qəzaya uğramışdı. Pilot katapult edildikdən sonra xilas edilərək xəstəxanaya çatdırılmışdı.

Bundan əvvəl, iyulun sonunda isə ABŞ-ın beşinci nəsil F-35 qırıcısı Kaliforniyada yerləşən Lemur hərbi-dəniz aviabazasında qəzaya uğramış, pilot katapult edərək xilas olmuşdu.

Ayaz 

Oxşar Xəbərlər