Castin Biberin həyat yoldaşı ad günü şərəfinə oğlu ilə fotosunu paylaşdı
Heyli Biber oğlu Cek Blyuzun ad gününə həsr olunmuş fotolar paylaşdı
Məşhur model Heyli Biber oğlunun birinci ad günündə çəkilmiş fotosunj sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
32gun.az xəbər verir ki, O, ağ futbolka və cins geyimdə, körpəsini qucağında tutaraq kamera qarşısına keçib.
“Gözəl oğluma 1 yaş oldu. Ad günün mübarək, Cek Blyuz, sən saf sevinc mənbəyisən”, – deyə 28 yaşlı model yazıb.
Xatırladaq ki, Heyli 2018-ci ildə müğənni Castin Biberlə ailə həyatı qurub. 2024-cü ilin mayında model hamilə olduğunu açıqlamış, avqustda isə cütlük ilk övladlarını qarşılamışdı.
Heyli Biber ötən ilin mayında Vogue jurnalına müsahibəsində doğuşdan sonra bədənini qəbul etməkdə çətinlik çəkdiyini etiraf etmişdi. O, doğuşdan sonra ombasının genişləndiyini, döşlərinin böyüdüyünü və bədəninin əvvəlki kimi olmadığını bildirib. Model uzun müddət “özünə nifrət” hissi ilə mübarizə apararaq çəki atmağa çalışdığını da qeyd edib.
Onun sözlərinə görə, doğuşdan sonrakı depressiyadan qorunmaq üçün psixoterapevtə müraciət edib, vitamin və əlavələr qəbul edib. Lakin buna baxmayaraq, çəkidəki dəyişikliklər və hormon balanssızlığı səbəbindən çətinliklərlə üzləşib.
Nilay