SOSIAL

TƏCİLİ‼️Ağstafanın Poylu kəndində su kəsintisi - Sakinlər icra hakimiyyətinin qarşısına toplaşdı 

Ağstafa rayonunun Poylu kəndində suyun verilişi heç bir məlumat verilmədən dayandırılıb. Bu barədə 32gun.az-a kənd sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, hər il ənənəvi olaraq suyun verilişi sentyabrın 15-dən təmir və ya digər məqsədlərlə dayandırılırdı. Bu səbəbdən onlar vaxtında ağaclarını sulayır, ehtiyatlarını toplayırdılar. Lakin bu il suyun verilişi üç gündür gözlənilmədən dayandırılıb.

Narazı kənd sakinləri vəziyyətlə bağlı İcra Hakimiyyətinin qarşısına toplaşıb. Onların sözlərinə görə, müraciət etsələr də, icra nümayəndələri kömək edə bilməyəcəklərini bildiriblər:
“Dedilər bizlik deyil. Hətta maşınlarla su gətirilməsi barədə xahiş etdik, imkanlarının olmadığını söylədilər. İndi həm həyətyanı sahələrdəki, həm də məhəllələrdəki ağaclar quruyur”.

Məlumata görə, suyun verilişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin regional meliorasiya idarəsi tərəfindən dayandırılıb. Buna səbəb satınalma və tender məsələləri göstərilir.

Sakinlər bildiriblər ki, şənbə günü olduğu üçün problemin həll edilmədiyini görsələr də, bazar ertəsi yenidən icra hakimiyyəti qarşısına toplaşacaqlar.

Oxşar Xəbərlər