Fransanın şimal-qərbində yaşayış evində baş verən yanğının söndürülməsi zamanı yanğınsöndürən helikopter qəzaya uğrayıb və yaxınlıqdakı gölə düşüb.
32gun.az bildirir ki, Yerli prefekturaya istinadən BFMTV xəbər verib.
Bildirilir ki, ekipaj üzvlərinin hamısı müstəqil şəkildə helikopterdən çıxa bilib və xəsarət almayıb.
Hadisə bazar günü Rospordan kommunasında baş verib. Helikopter yanğını söndürmək üçün su götürmə manevri zamanı su hövzəsinə düşüb.
Xatırladaq ki, 24 avqustda Qırğızıstanda Qələbə zirvəsində ilişib qalan rusiyalı Natalya Naqovitsinanı xilas etməyə çalışan Mi-8 helikopteri də qəzaya uğramışdı.
Ayaz