DÜNYA ÖZ XƏBƏR

Almaniya Ukraynaya dəstək üçün ildə 9 milyard avro ayıracaq

Almaniya hökuməti Ukraynaya hər il 9 milyard avro dəstək ayırmağı planlaşdırır.

32gun.az xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl Kiyevə səfəri zamanı Bild qəzetinə açıqlama verib.

“Biz Ukraynanı hər il doqquz milyard avro ilə dəstəkləyəcəyik”, — deyə Klinqbayl bildirib.

O, həmçinin Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanətləri verəcəyini vurğulayıb. Klinqbaylin sözlərinə görə, bu zəmanətlər Ukraynanın bir daha hücuma məruz qalmamasını təmin edəcək və Rusiya prezidenti Vladimir Putinin ölkəyə yenidən hücum etməsinə imkan verməyəcək.

Vitse-kansler əlavə edib ki, bu məqsədlərə çatmaq üçün Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və ölkə daxilində silah istehsalının artırılması vacibdir. Onun sözlərinə görə, qərarlar Ukraynanın iradəsindən kənar qəbul edilməməli, hər hansı danışıqlar prosesi isə yalnız atəşkəs rejiminin tətbiqindən başlamalıdır.

Ayaz 

Oxşar Xəbərlər