DÜNYA ÖZ XƏBƏR

Meqan Markl kral protokoluna etiraz etdi: “Bədən rəngli corab geyinmək məcburiyyəti süni görünürdü”

Sasseks hersoqinyası Meqan Markl bədən rəngli corab geyinmək qaydasından şikayətlənib.

32gun.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Markl bildirib ki, bir neçə il əvvəl vəziyyət fərqli idi: “O zaman mən açıq danışa bilməzdim və daim bədən rəngli corab geyinməyə məcbur idim. Hər şey süni görünürdü”.

O əlavə edib ki, kral protokoluna görə qadınlar yayda da bədən rəngli corab geyinməlidir və hər zaman ətək və ya paltar altında açıq ayaqlar görünməməlidir.

“Özünlə harmoniyada olmaq – sevdiyin kimi geyinmək, həqiqəti söyləmək və hər vəziyyətdə təbii və səmimi hiss etməkdir. Mən buna dərhal nail olmadım, həyatımda fərqli mərhələlər oldu”, – deyə Markl bildirib.

Bundan əvvəl Radar Online jurnalının mənbəsi xəbər verib ki, Netflix striming xidməti Markl və həyat yoldaşı Harri ilə 100 milyon dollarlıq müqaviləni ləğv etdikdən sonra hersoqinya çətin vəziyyətə düşüb. Mənbə bildirib ki, Meqan Markl populyarlığını itirməkdən qorxur və diqqət mərkəzində olmaq üçün çox şeyə razıdır. Qeyd olunur ki, Harri ilə həyat yoldaşı “The View” proqramını Vupi Qoldberqlə birlikdə aparmağa hazırdır, lakin hazırda belə imkan yoxdur.

Ayaz 

Oxşar Xəbərlər