Bursanın Yenişəhər rayonunun Fəthiyə məhəlləsində meşəlik ərazidə başlayan yanğın Marmaracık və Seymən məhəllələrinə də təhlükə yaradıb.
32gun.az xəbər verir ki, Çiftlikdə olan heyvanlar operativ şəkildə xilas edilərək təhlükəsiz əraziyə aparılıb.
Alovların qarşısını almaq üçün havadan və qurudan genişmiqyaslı mübarizə aparılıb. Yanğına 718 nəfər şəxsi heyət, 5 helikopter, 4 yanğınsöndürmə təyyarəsi və 151 texnika cəlb olunub.
Bursa Valiliyi yayımladığı yazılı açıqlamada, meşə yanğınının nəzarət altına alındığını və soyutma işlərinə başlanıldığını bildirib.
Ayaz