DÜNYA ÖZ XƏBƏR

Bosfor boğazında itən rusiyalı üzgüçünün ailəsi məhkəməyə müraciət edəcək

Rusiyalı üzgüçü və məşqçi Nikolay Svečnikovun ailəsi onun iştirak etdiyi kütləvi Bosfor üzmə marafonunun təşkilatçılarını məhkəməyə verməyə hazırlaşır.

32gun.az bildirir ki,Məlumatı RT yayıb.

Ailənin nümayəndəsinin sözlərinə görə, iddianamənin hazırlanması üçün artıq vəkil cəlb olunub.
"Onlar təhlükəsizliyi təmin etməli idilər, buna görə də məsuliyyət daşımalıdırlar", — deyə idmançının anası bildirib.

Xatırladaq ki, avqustun 24-də 29 yaşlı Rusiya idman ustası Nikolay Svečnikov Bosfor boğazında keçirilən kütləvi üzgüçülük marafonu zamanı itkin düşüb. O, finişə çatmayıb, lakin təşkilatçılar bunu yalnız bir neçə saat sonra aşkar ediblər.

Sonradan məlum olub ki, startda xilasedici katerlər olmayıb, iştirakçıların tibbi müayinəsi isə səthi aparılıb. Polis isə dərhal axtarış işlərinə başlamaqdan imtina edərək müəyyən müddət gözləmək lazım olduğunu bildirib.

Ayaz 

Oxşar Xəbərlər