Rusiya prezidenti Vladimir Putin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.
32gun.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Putin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir. Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya liderinin Hindistanın baş naziri Narendra Modi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri də xüsusi əhəmiyyət daşıyır.
Putin Çinin Tyanjin şəhərinə Çin Xalq Respublikasının sədri Si Cinpinin şəxsi dəvəti ilə gedib. Dövlət başçısı burada dörd gün qalacaq. 1 sentyabrda ŞƏT sammitində iştirak edəcək və onun gedişində dünya liderləri ilə bir sıra görüşlər keçirəcək. Daha sonra isə Pekinə yollanacaq və burada militarist Yaponiyaya qarşı Qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş hərbi paradda əsas qonaq olacaq. Paytaxtda Putinin ikitərəfli danışıqlar marafonu da davam edəcək.
Ayaz