DÜNYA ÖZ XƏBƏR

Kimyəvi tanker "Scarlet Ray" hücuma baxmayaraq zərər görməyib

Liberiya bayrağı altında üzən Scarlet Ray adlı kimyəvi tanker zərər görməyib və hələ də kapitanın idarəsi altındadır.

32gun.az xəbər verir ki, bu barədə Reuters Sinqapur şirkəti Eastern Pacific Shippingin açıqlamasına istinadla xəbər yayıb.

Şirkət təhlükəsizlik xidmətlərinin gəminin husilər tərəfindən hücuma məruz qaldığı barədə məlumatlarına münasibət bildirərək, “Bizə gəlimiz Scarlet Ray-ın guya hücuma məruz qaldığına dair xəbərlər məlumdur, lakin gəmi zərər görməyib”, — deyə vurğulayıb.

Qeyd edək ki, sentyabrın 1-də Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı Qırmızı dənizdəki neft tankerinə raket zərbəsi endirdiyini açıqlamışdı. Onlar tankeri israillilərə məxsus hesab etdiklərini bildiriblər. Hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə husilərə məxsus Al Masirah telekanalında hədəfin vurulduğunu bəyan etmişdi.

Xatırladaq ki, avqustun 21-də “Ənsar Allah” lideri Əbdül Məlik əl-Husi də açıqlama verərək, bir həftə ərzində Qırmızı dənizin şimalında iki gəminin vurulduğunu demişdi. Onun sözlərinə görə, səbəb husilərin israilli limanlarla əməkdaşlığı qadağan edən qərarının pozulması olub.

Ayaz 

Oxşar Xəbərlər