DÜNYA ÖZ XƏBƏR

ABŞ Hindistana qarşı tarif siyasətini dəyişməyəcək

ABŞ hələlik Hindistana qarşı tətbiq etdiyi tarif siyasətini yumşaltmağı planlaşdırmır. Ölkəyə qarşı qoyulan rüsumların azaldılması məsələsi gündəmdə deyil.

32gun.az xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

Tramp bildirib ki, hazırkı tariflər qüvvədə qalacaq və yaxın perspektivdə onların ləğvi və ya endirilməsi nəzərdə tutulmur. ABŞ administrasiyası Hindistanla ticarət münasibətlərində mövcud siyasəti davam etdirmək niyyətindədir.

Bu qərar iki ölkə arasında iqtisadi əlaqələrə təsir göstərə və ticarət dialoqunda yeni müzakirələrə səbəb ola bilər.

Ayaz 

Oxşar Xəbərlər