DÜNYA ÖZ XƏBƏR

Qadın küçədə anaya və övladına bıçaqla hücum edib - Bu ölkədə

Rusiyanın Vıborq şəhərində 54 yaşlı qadın sərxoş halda küçədə insident törədib. Hadisə Leninqrad şossesindəki həyətlərdən birində baş verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Qadın qəfil əlindəki bıçağı bir ana və onun 10 yaşlı oğluna doğru yelləməyə başlayıb.

Şahidlərdən biri hadisəyə müdaxilə edərək hücum edəni yayındırıb. Bu sayədə ana və uşaq xəsarət almadan təhlükədən uzaqlaşa biliblər.

Hadisə yerinə gələn Rusiya Milli Qvardiyasının əməkdaşları qadını saxlayıb. O, aqressiv davrandığı üçün qandallara salınıb və polisə təhvil verilib. Daha sonra qadın psixonevroloji dispanserə hospitalizasiya olunub.

Ayaz 

Oxşar Xəbərlər