MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Azərbaycan teatr və kino sənətinin tanınmış siması: Səməndər və Südabə Rzayevlərin FOTOSU

Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti və Azərbaycan SSR Dövlət Mükafatı laureatı Səməndər Rzayev və həyat yoldaşı Südabə Rzayevin yeni yayılan fotosu sosial şəbəkələrdə gündəm olub.

32gun.az xəbər verir ki, Ağ-qara fon üzərində çəkilmiş bu foto, sənətsevərlərin böyük marağına səbəb olub. Səməndər Rzayev Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələrlə yadda qalan simalardandır. Həyat yoldaşı Südabə Rzayeva ilə birgə çəkilmiş şəkil, həm sənətkarın şəxsi həyatına, həm də sənət yoluna işıq tutur.

Foto paylaşanlar, bu anın sənət və ailə dəyərlərini əks etdirdiyini qeyd edərək, Rzayevlərin xatirəsinə hörmətlərini bildiriblər.

Ayaz

Oxşar Xəbərlər