ÖZ XƏBƏR
FHN Şamaxı və İsmayıllıda 3 fərdi yaşayış evi tikiləcək
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni tikinti layihəsi həyata keçirəcək.
32gun.az xəbər verir ki, layihə çərçivəsində Şamaxı və İsmayıllı rayonlarında 3 ədəd 3 otaqlı fərdi yaşayış evi inşa olunacaq.
Tikinti işlərinin ümumi dəyəri 276.993,29 manat olaraq müəyyən edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi isə Cəbrayıl Eldar oğlu Xanlarovdur.
Ayaz