ÖZ XƏBƏR

Vergi borcu ilə gündəm olan Bulvar İdarəsi 53 min manata padel tennis kortu alır

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi yeni satınalma həyata keçirib.

32gun.az xəbər verir ki, qurum Çin mənşəli “Shandong Century Star Sports Equipment Co.” LTD şirkətindən padel tennis kortlarının alınmasına dair müqavilə imzalayıb. Müqavilənin ümumi məbləği 53.805 AZN təşkil edir.

Xatırladaq ki, daha əvvəl “32gun.az” Bulvar İdarəsinin vergi borcu barədə məlumat vermişdi.Qurumun hazırda 2.679.298,11 AZN məbləğində vergi borcu mövcuddur.

İdarənin nizamnamə kapitalı 65 366 207 manat, rəhbəri isə Xanlar Ağalarov Adil oğludur.

Ayaz

 

 

Oxşar Xəbərlər