ÖZ XƏBƏR

Yuxusuzluq beyin üçün təhlükəlidir, sağlamlığa ciddi təsir göstərir

İtalyan alimlərinin siçanlar üzərində apardıqları tədqiqatlar göstərib ki, yuxusuzluq zamanı beyin “özünü məhv etmə” proqramını işə sala bilər.

32gun.az xəbər verir ki, terapevt və somnoloq İlya Smirnovun sözlərinə görə, insan və heyvan orqanizmləri fərqlidir.

O izah edib ki, xarici mütəxəssislər yuxu çatışmazlığı zamanı beyni “təmizləyən” hüceyrələrin (astroositlər) aktivliyini araşdırıblar. Bəhs olunan hüceyrələr uzun müddət yuxusuz qaldıqda sağlam sinir toxumalarını da zədələyə bilirlər.

Ümumi praktika həkimi və kardioloq Denis Prokofyev əlavə edib ki, yuxusuzluq şəkərli diabet, depressiya, insult və beyin fəaliyyətinin özünü müvəqqəti dayandırması riskini artırır.

Smirnov qeyd edib ki, yuxu çatışmazlığının əlaməti, səhər oyananda oyanmış hiss etməmək, gündüz günorta saatlarında yuxululuğun və əhval-ruhiyyənin düşməsidir. Həmçinin o, insanların normaldan uzun müddət yataqda qalaraq səthi yuxuda olmalarının da onları yorğun oyanmağa vadar etdiyini bildirib.

Psixiatr və psixoterapevt Aleksey Vilkov diqqət çəkib ki, normal yuxunun olmaması psixi pozğunluqların əlaməti ola bilər və onların gedişatını ağırlaşdıra bilər.

Nilay

Oxşar Xəbərlər