DÜNYA ÖZ XƏBƏR

Kadırovun 17 yaşlı oğlu daha bir medal alıb

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Aadam Kadırov “OMON Axmat-Qala 25 il” yubiley medalı ilə təltif edilib.

32gun.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, xüsusi təyinatlı polis dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə Groznıda təntənəli mərasim keçirilib.

“İctimai tədbir zamanı Abdul-Kərim Kadırov Aadam Kadırova, Abuzayd Vismuradova, Şərip Delimxanova və Aslan İrasxanova ‘OMON Axmat-Qala 25 il’ yubiley medallarını təqdim etdi”, – deyə Kadırov bildirib.

Bundan əlavə, “Axmat-Qala”nın fərqlənən döyüşçüləri fəxri fərman, müxtəlif medallar və “Xidmətdə fərqlənməyə görə” II dərəcəli nişan, həmçinin “Döyüş iştirakçısı” nişanı ilə mükafatlandırılıb.

Qeyd edək ki, daha əvvəl Ramzan Kadırov RIA Novosti-yə müsahibəsində Aadamın heç bir “əsassız” mükafata layiq görülmədiyini söyləmişdi. Onun sözlərinə görə, 17 yaşlı oğlunu təltif edənlərin hamısı bunu konkret nailiyyətlərinə görə edib.

Nilay

 

Oxşar Xəbərlər