ÖZ XƏBƏR

Təhsil İnstitutunda 90 min AZN-lik təlimlər

 Azərbaycan Respublikasının Təhsil İnstitutu şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi ilə bağlı satınalma həyata keçirib.

32gun.az xəbər verir ki, bununla bağlı keçirilən satınalmanın qalibi “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC olub. Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 90 min manat təşkil edir.

 “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC-nin sədri Elnur Məcnun oğlu Rüstəmovdur.

Xatırladaq ki, Elnur Əliyev  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Direktor səlahiyyətlərini müvəqqəti icra edir.

Ayaz

Oxşar Xəbərlər