ÖZ XƏBƏR
Təhsil İnstitutu bu şirkətlə 600 min manatlıq müqavilə bağladı - MMC-nin böyük miqdarda vergi borcu var / FOTOFAKT
Azərbaycan Respublikasının Təhsil İnstitutu “Alqoritmika.Azərbaycan” MMC ilə ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi üçün müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, bağlanmış müqavilənin dəyəri 600.325 AZN-dir.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin dövlətə böyük miqdarda borcu mövcuddur və bu borc 118.740,16 AZN-dir.
Qanuni təmsilçisi Lalə İsmayılova Mahmud qızı olan şirkətin nizamnamə kapitalı 10.000 manat təşkil edir.
Xatırladaq ki, hazırda Təhsil İnstitutunun Direktor səlahiyyətlərini Elnur Əliyev müvəqqəti icra edir.
Ayaz
