ÖZ XƏBƏR
Göygöl Milli Parkına 411 min AZN-lik avtomobil alındı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Milli Parkı “Avtomobil nəqliyyat vasitələri”nin satın alınması üzrə tender keçirib və qalib “TOYOTA Abşeron Center” MMC olub.
32gun.az xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilənin dəyəri 411.500 manat təşkil edir.
Sazişə əsasən, 5 ədəd pikap tipli və 1 ədəd sedan tipli avtomobil alınacaq. Hər bir nəqliyyat vasitəsinin buraxılış ili 2025 olmalı və yürüşü 0 km göstərilməlidir.
“TOYOTA Abşeron Center” MMC-nin nizamnamə kapitalı 100 min manatdır, qanuni təmsilçisi isə Cəmil Məmmədov Böyükağa oğludur.
Ayaz