ÖZ XƏBƏR
Gəncədəki 1 milyonluq təmir və tikinti dayandı
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə şəhəri, Atatürk prospektində inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması və layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 991.337,59 manat təşkil edirdi. Lakin iştirakçıların sayı qanunvericilikdə tələb olunan minimum həddə çatmadığından prosedur dayandırılıb.
Satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim edən, həmçinin müvafiq lisenziyaya malik olan şirkətlərin sayı üçdən az olduğu üçün (36.1.1-ci maddəyə əsasən) tender ləğv edilib.
Beləliklə, Gəncədə nəzərdə tutulan yeni çoxmənzilli yaşayış binalarının layihələndirilməsi mərhələsi hələlik təxirə salınıb.
Ayaz