ÖZ XƏBƏR

Abdin Fərzəliyevin nümayəndəsi 655 min manat ayırıbmış - Baş tutmadı

Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəliyi Xırdalanda mənzil fondunun təmiri işlərinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 654.180,20 manat təşkil edirdi. Tenderin ləğv edilməsinə səbəb Nəzarət Orqanının qərarı olub.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhəri üzrə nümayəndəliyinin sədri Malik Məmmədovdur. Ləğv qərarı ilə tender prosesi dayandırılıb və işlərin gələcək mərhələsi hələ müəyyən edilməyib.

Nilay 

 

Oxşar Xəbərlər