ÖZ XƏBƏR
Səhiyyənin Təminat Mərkəzi böyük həcmdə laboratoriya materialları alır
“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən satınalma prosedurunun qalibi məlum olub.
32gun.az xəbər verir ki, tenderin qalibi “ALBATROS HELTKEYR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqaviləyə əsasən, şirkət laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların (reaktivlər, reagentlər və digər ləvazimatlar) təchizatını həyata keçirir. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 1.338.017,34 manat təşkil edir.
Rəsmi sənədlərə görə, “ALBATROS HELTKEYR” MMC-nin nizamnamə kapitalı 10 min ABŞ dollarıdır. Şirkətin qanuni təmsilçisi Anar Ağalarov Fazil oğludur.
Nilay