DÜNYA ÖZ XƏBƏR

Məktəbli gəncə “zarafat” adı ilə əxlaqsız təklif - Bu ölkədə

Böyük Britaniyanın Birmingem şəhərində məktəbli yeniyetmə qeyri-etik hərəkətə məruz qalıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da Taybern rayonunda, məktəb yaxınlığında baş verib.

Məlumata görə, məktəb formasında evə qayıdan 17 yaşlı oğlana avtomobildə olan kişi və qadın yaxınlaşıb. Onlar gəncdən qadının onunla cinsi əlaqəyə girməsini istəyib-istəmədiyini soruşublar. Sonradan həmin şəxslər bunu “zarafat” adlandırıblar. Kişinin sözlərinə görə, bu təklifin təşəbbüskarı həyat yoldaşı olub.

Yeniyetmə evə dönərək baş verənləri polisə bildirib. Onun anası isə hadisənin məktəb yaxınlığında yaşanmasından narahat olduğunu vurğulayıb və yerli sakinləri diqqətli olmağa çağırıb.

Polis faktı təsdiqləyib və əlavə məlumat toplamaq üçün zərərçəkmişin ifadəsinin alınacağını açıqlayıb.

Nilay

Oxşar Xəbərlər