ÖZ XƏBƏR

Biləsuvarda yolların əsaslı təmiri üçün 314 min manatlıq müqavilə imzalandı

 Biləsuvar Rayon İcra Hakimiyyəti rayonun şəhər və kəndlərində küçə yollarının əsaslı təmiri ilə bağlı büdcədənkənar vəsait hesabına satınalma keçirib.

32gun.az xəbər verir ki, bu məqsədlə icra hakimiyyəti ilə “İmza Construction” MMC arasında 314 min 439 manat 87 qəpiklik müqavilə imzalanıb.

Şirkət 19 aprel 2006-cı ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 1000 manat təşkil edir. Hüquqi təmsilçi kimi Əliyev Azər Oqtay oğlu göstərilib. Qeyd edək ki, “İmza Construction” MMC 2024-cü ildə “Ehram” MMC adı altında fəaliyyət göstərib.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur. 
Ayxan

Oxşar Xəbərlər