ÖZ XƏBƏR
Mərdan Camalzadədən 258 min manatlıq təklif
Zərdab şəhərində yol təmiri üçün 258 min manatlıq tender planlaşdırılıb
Zərdab Rayon İcra Hakimiyyəti Zərdab şəhərində, Zərdabi küçəsində (Xətai küçəsi ilə kəsişməsindən D.Qorqud meydanına qədər) yolun əsaslı təmir işlərinin satınalınması məqsədilə tender keçirir.
32gun.az xəbər verir ki, Tenderin ehtimal olunan dəyəri 258 min 3 manat 46 qəpik təşkil edir.
Qeyd edilir ki, Zərdab Rayon İcra Hakimiyyətinə Mərdan Camalzadə rəhbərlik edir. Bu layihə şəhər yollarının keyfiyyətli təmirini və sakinlərin rahat hərəkətini təmin etməyi nəzərdə tutur.
Nilay