Ağdam Rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv edilib
Ağdam Rayon Mərkəzi Xəstəxanası geyim formalarının alınması ilə bağlı elan etdiyi açıq tender prosedurunu ləğv edib.
32gun.az xəbər verir ki, satınalma portalında yerləşdirilən məlumata görə, 20 min 894,91 manat məbləğində ehtimal olunan qiymətlə keçirilən müsabiqə 29 sentyabr 2025-ci il tarixində Satınalma komissiyasının qərarı ilə dayandırılıb.
Ləğv edilmə səbəbi rəsmi sənəddə belə göstərilib: tenderdə iştirak etmək üçün təklif və təminat təqdim edən, tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq prosedurun etibarsız sayılmasına gətirib çıxarıb.
Komissiya tərəfindən hazırlanan ləğv protokolunun surəti aidiyyəti üzrə tərəflərə göndərilib.
Qeyd edək ki, xəstəxana üçün nəzərdə tutulan satınalma geyim formalarının təminatı ilə bağlı idi və prosedurun nəticəsiz qalması səbəbindən yeni elan olunacaq tender gözlənilir.
AYaz