Ermənistan parlamentində maraqlı bir qalmaqal yaşanır. “Mülki müqavilə” fraksiyasının üzvü və 44 günlük müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Köçəryanın prosedur qaydalarını pozduğu iddia olunur.
32gun.az bildirir ki, “Joqovurd” qəzetinin yazdığına görə, deputat müharibə ilə bağlı hazırlanan hesabatı komissiya üzvlərindən gizlədib və ictimaiyyətə təqdim etməyib. Bu məlumatı komissiyanın digər üzvləri – Hayk Sarkisyan, Kristine Poqosyan, eləcə də sabiq deputat Vilen Qabrielyan da təsdiqləyiblər.
Qəzetin məlumatına əsasən, Köçəryan hesabatı təqdim etməklə parlamentin reqlamentini pozub. Onun məqsədinin isə sənədi Baş nazir Nikol Paşinyana çatdırmaq olduğu bildirilir. Məlumata görə, spiker Alen Simonyan hesabatın dərcinə imkan vermir.
Köçəryan isə məsələ ilə bağlı açıqlamasında hesabatın 2025-ci ilin plenar iclaslarında dərc olunacağını vurğulayıb və müddətlərin pozulduğu barədə deyilənləri qəbul etmədiyini bildirib. Oktyabrın 1-də isə Simonyan hesabatın iclaslara çıxarılması üçün hüquqi əsas olmadığını desə də, sənədin dərc ediləcəyini açıqlayıb.
Ayaz