ÖZ XƏBƏR
Standartlaşdırma İnstitutu tərcümə xidmətlərinin satınalınması tenderini ləğv etdi
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən tərcümə xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
32gun.az xəbər verir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün proses dayandırılıb.
İnstitutun açıqlamasına əsasən, satınalma qaydalarına görə ən azı üç iştirakçı tələb olunduğundan, bu şərt yerinə yetirilmədiyinə görə tenderin keçirilməsi mümkün olmayıb.
Satınalmanın ehtimal olunan məbləği 39 min 270,40 manat təşkil edirdi.
Nilay