Bakı Mühəndislik Universiteti üçün 850 minlik texnologiya
Bakı Mühəndislik Universiteti maşın və avadanlıqların satın alınması üçün 849.676,70 AZN dəyərində tender elan edib.
32gun.az xəbər verir ki, Universitetin planına Rack serverlər, hər biri minimum 385 GB RAM, 12 nüvəli 2,6 GHz prosessor və RAID 1-də konfiqurasiya edilmiş 2 M.2 480 GB disklərlə təchiz olunmuş serverlər, həmçinin 2 U hündürlüyündə Storage serverlər daxil olub. Həmçinin, 40 TB-lıq QNAS, Fiber Kanal və SAN Switch avadanlıqları, yüksək performanslı kompüterlər və 27 düym ölçülü monitorlar, SSD M.2 və SSD Hard Disklər, interaktiv SmartBoard, proyektorlar, 3-in-1 printerlər, HDMI/VGA konvertor və kabellər, USB siçan və digər ofis və tədris texnikası alınacaq.
Satınalmanın məqsədi universitetin informasiya infrastrukturu və tədris-proses imkanlarını gücləndirməkdir. Avadanlıqların zəmanət və texniki dəstək tələbləri nəzərə alınmaqla, MAF (Manufacturer Authorization Form) sənədi tələb olunur.
Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektorudur.
Nilay