ÖZ XƏBƏR

Astara Rayon Mərkəzi Xəstəxanasına 11 min manata görün nə alınır

“Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi üçün müxtəlif növ bark inventarların alınması üzrə tender keçirilmiş və qalib olaraq “MODEV” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

32gun.az xəbər verir ki, tərəflər arasında 11.676,1 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir. 

Tender çərçivəsində dərman dolabları, kreslolar, tumbalı masalar, paltar sənəd dolabları, metal stellajlar, izo stullar və əlil arabaları alınacaq.

Dərman dolablarının ölçüləri 165x45x50 sm, materialları laminat lövhə və PVC kənarlardan ibarət olacaq, tutacaqları metal, tənzimlənən ayaqları mövcud olacaq. Kreslolar şəffaf dəri ilə örtülmüş, iki mexanizmlə işləyən və 120 kq-a qədər dözümlü olacaq. Tumbalı masalar 36 mm-lik MDF üst lay, alt hissəsi qapılı və teleskopik mexanizmlə təmin olunacaq. Paltar sənəd dolabları iki qapılı və iki hissəli, metal stellajlar isə 1900x900x420 mm ölçüdə, 4 rəfli, yerində quraşdırılacaq. İzo stullar metal karkaslı, parça oturacaqlı, əlil arabaları isə maksimum 15 kq çəkiyə malik, 100 kq-a qədər yük götürə bilən və təkərləri əyləclərlə təchiz olunmuş olacaq.

Tender çərçivəsində alınacaq inventarlar xəstəxananın müxtəlif sahələrində istifadə olunacaq.

Nilay

Oxşar Xəbərlər