Altay vilayətində iki nəfər insan oğurluğuna görə məhkəməyə çıxarılacaq
Altay vilayətində iki nəfər şəxsin insan oğurluğuna görə məhkəməyə veriləcəyi bildirilib.
32gun.az xəbər verir ki, bu barədə bölgənin Rusiya İstintaq Komitəsinin idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, bir şəxslə kənd sakini arasında mülkiyyət mübahisəsi yaranıb. Həmin şəxs spirtli vəziyyətdə tanışını da öz cinayəti ilə əlaqələndirərək insan oğurluğu törətməyə təşviq edib.
Hüquq pozucuları kənd sakini döyərək maşının baqajına salıblar və avtomobili hərəkət etdiriblər. Yolboyu zərərçəkən baqajı açıb çıxmağa müvəffəq olub.
Daha sonra şəxslər barədə insan oğurluğu üzrə cinayət işi başlanıb. İstintaq zamanı hər iki şübhəli saxlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zəruri bütün sübutları toplayıb və iş materiallarını məhkəməyə göndərib.
Ayaz