ÖZ XƏBƏR

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi fəhlə geyimi və avadanlıqlar alacaq – 340 min manatlıq tender

 Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi müxtəlif təyinatlı malların alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, Tenderin ehtimal olunan qiyməti 339.660,05 AZN təşkil edir və əsasən işçi geyimləri və təhlükəsizlik avadanlıqlarını əhatə edir. Müqaviləyə əsasən aşağıdakı məhsullar alınacaq:

Fəhlə geyimi – XB materialından hazırlanan pencək və şalvarlı dəstlər, 300 dəst.

Kombinezonlar – qalın, içi sintifon sırıqlı, qış üçün, fosforlu işarələrlə, 150 dəst.

İşarəli jiletlər (fosforlu) – qolsuz, qalın polietilen, içi 160 qr/sm² sintefonlu, qış üçün, 250 ədəd.

Yağmurluqlar – baş hissəni qapayan papaqlı, fosfor yazılı, su keçirməyən, 200 ədəd.

Qış ayaqqabısı – ipli, rezin altlıqlı, sürüşməyə qarşı, 250 ədəd.

Yağışa davamlı uzunboğaz rezin çəkmələr – alt hissəsi sürüşməyə qarşı rezinli, 50 cüt. və sairə alınacaq. 

 Ayaz

Oxşar Xəbərlər