Netanyahu və Sisi Trampı Nobel Sülh Mükafatına tövsiyə ediblər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq görüldüyünü açıqlayıb.
32gun.az bildirir ki, O, X sosial şəbəkəsində paylaşım edərək yazıb:
“Nobel Sülh Mükafatını Donald Trampa verin, o bunu layiqincə qazanıb.”
Netanyahunun fikrini Misir Prezidenti Abdel Fattah al-Sisi də dəstəkləyib. Sisi telefon danışığı zamanı Trampın İsrail və HƏMAS arasında Qəzza sektorunda razılaşmanın əldə olunmasındakı xidmətlərini yüksək qiymətləndirib. Bu barədə Daily News Egypt məlumat yayıb.
Nobel Sülh Mükafatının yeni laureatı cümə günü açıqlanacaq.
Qeyd edək ki, Tramp bir gün əvvəl bildirib ki, ikinci prezidentlik müddətində səkkiz iri beynəlxalq münaqişəni həll edib. O, qeyd edib ki, növbəti həll edəcəyi münaqişə Ukrayna ilə bağlı olacaq. Lakin bəzi ABŞ mətbuatı hesab edir ki, Trampın bu münaqişələrin həllində rolu o qədər də böyük olmayıb və bəzi “həll olunmuş” münaqişələr yenidən başlaya bilər.
Ayaz