SOSIAL

Mingəçevir Avtovağzalının direktorunun oğlu hoteldə öldü

Mingəçevir Avtovağzalında çalışan 49 yaşlı kişi ölmüş vəziyyətdə aşkar olunub.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü  Coşqun Rəhimov  yatdığı otaqda ölmüş vəziyyətdə aşkar olunub.

Otağa baxış zamanı onun öldüyü məlum olub.  Onun ürəktutmadan öldüyü deyilir.

Qeyd edək ki, o iş adamı və Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdlrma aparılır.

Oxşar Xəbərlər